Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Anda sədaqət” adlı tədbir sərgi keçirilib

17 noyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Anda sədaqət” adlı tədbir – sərgi keçirildi...

44 günlük Vətən müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Artıq iki ildir ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.
PİA.az xəbər verir ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs etdilər. Bildirildi ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar.

Sonda tədbir iştirakçıları mayor Həsənov Elşad, baş leytenant Hikmət Səfərov, əsgər Əhmədov Nicat, Tarıverdiyev Nicat, Əliyev Sərxana məxsus, muzeyin fondlarında qorunub saxlanılan 80-ə yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış oldular.

Tədbirdə şəhid ailələri, Milli Aviasiya Akademiyasının tələbələri, “Böyük Qayıdış ” Gənclər Təşkilatının üzvləri və digər qonaqlar iştirak etdilər.
Sərgi noyabrın 24-ə qədər davam edəcək.

Qeyd edək ki, bu gün həm də Azərbaycanda Milli Dirçəliş günüdür. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr- Milli Dirçəliş günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Artıq iki ildir ki, Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra bütün işğaldan azad olunmuş ərazilər dirçəlir, tarixi torpaqlara həyat qayıdır.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar